Nazarbayev istefa verdi


Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib.


Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində məlumat verib.

Tokayev bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etdiyini bildirib.

Qeyd edək ki, 30 ilə yaxın müddətdə Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezident postundan getsə də, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini qoruyub saxlamışdı. O, həmçinin “Nur Otan” partiyasının lideridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu