Nazarbayevin qardaşı vəfat etdi


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı, biznesmen Bolat Nazarbayev 71 yaşında vəfat edib.



AFN.az Axar.az-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

“Saat 09:28-də (Bakı vaxtı ilə 07:28) ürəyin fəaliyyəti dayanıb. Təxminən 23 dəqiqə reanimasiya tədbirləri görülsə də, heç bir nəticəsi olmayıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın əvvəlində Bolat Nazarbayev təkrar infarkt səbəbindən Almatıdakı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu