Azərbaycanda gizli fəaliyyət göstərən çayxana aşkarlandı - FOTO


 Azərbaycanda gizli fəaliyyət göstərən çayxana aşkarlandı -


Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat daxil olub.



DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan AFN-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvana baxış keçirilib.

Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.

Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.

 Azərbaycanda gizli fəaliyyət göstərən çayxana aşkarlandı -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu