Ağdaşda karantini pozan çayxana sahibi və müştəriləri saxlanıldı


Ağdaş şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.



DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində Tamerlan Allahverdiyevin qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 15 müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib.

İcarədar T.Allahverdiyev və müştərilər RPŞ-nə dəvət olunub. Onların barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu