Şabranda karantini pozan çayxana sahibi və müştəriləri saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olarkən rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkar ediblər.
Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunan qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.