Ailə qurub işini dəyişən usta – Sənəti özüm öyrənmişəm...


Ailə bir insanın, xüsusilə də kişinin məsuliyyətini artırır. Bu, ailə institutunun formalaşdığından bəri mövcud olan həqiqətdir. O da sirr deyil ki, ailənin güclü bəndi olan kişilər hər zaman ağır işlərlə məşğul olur, güzəranına cavabdeh olduğu ailə üzvlərinin qayğısına qalır.



Norm Ustalar Klubu layihəsi çərçivəsində həmsöhbət olduğumuz Sənan usta da ağır əmək sahəsi hesab olunan tikintidə çalışmaqla öz ailəsinin qayğısına qalır. Təxminən 10 ildir daş üzlük istehsalı ilə məşğul olan həmsöhbətimiz Sənan Şərifov əvvəllər Bakıda işləyib. Sonradan ailə quraraq doğulub-böyüdüyü kəndə qayıtmalı olub: “Mən Bakıda başqa sahədə çalışırdım. Ailə qurmağımla əlaqədar rayona qayıtmalı oldum. Amma burada həmin istiqamətdə iş olmadığına görə yönəldim bu sahəyə. Sənəti kimdənsə öyrənməmişəm, özüm öz üzərimdə işləməklə püxtələşmişəm. Bu işə təzə başlayanda təxminən bir il ziyana işlədim, sonra başladım əsl sənət kimi məşğul olmağa”.
İş ağır olsa da, dolanmaq mümkündür. Həmsöhbətimiz deyir ki, ilin əvvəlindən başlayan koronavirus pandemiyası səbəbindən yaranan durğunluq onların qazancına da təsir edib: “Həm də mən rayonda bu işə başlayanda cəmi 3 sex vardı bu işlə məşğul olan, indi bu cür sexlər çoxalıb”.
Daş üzlüklə işləməyi bacarsa da, Sənan usta hələlik istehsalla kifayətlənir. “Gələcəkdə ehtiyac olsa onunla da məşğul ola bilərəm” deyir. Hələlik rayonda ümumilikdə tikinti sahəsində durğunluq var. Tikintinin digər sahələrində fəaliyyət göstərən ustalarla sıx münasibətləri olan müsahibimizin dediyinə görə, indi çox az sayda adam iş gördürür.
Sənan bəy Norm Ustalar Klubu layihəsinə 2 ildir ki, üzvdür. Layihə çərçivəsində görüşlər, müzakirələr təşkil edilir. Bu da ustalar üçün çox faydalı olur.
P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu