AZAL şefinin həyat yoldaşından 7.7 milyonluq yatırım - SİYAHI


Azərbaycanın kosmetik şirkəti olan “Gazelli Group” MMC nizamnamə kapitalını 2021-ci ildə ikinci dəfə artırıb.



AFN Valyuta.az-a istinadən xəbər verir ki, martın 2-də şirkətin nizamnamə kapitalı 22.26 milyon manatdan 26.50 milyon manata qədər artırılıb.

Kosmetika şirkəti sonuncu dəfə nizamnamə kapitalını cari ilin yanvar ayında 3.5 milyon manat artırmışdı. Bu da bir neçə ay ərzində 7.7 milyonluq əlavə artım deməkdir.

08.05.2009 tarixində yaradılan şirkətin qanuni təmsilçisi Nərmin Vəkil qızı İsmayılovadır. “Gazelli Group” 1999-cu ildə AZAL prezidenti Cahangir Əsgərovanın həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən təsis edilib.

“Gazelli Group” MMC-nin qanuni təmsilçisi olan Nərmin İsmayılova hazırda həm də ölkədə ən böyük parfumeriya və kosmetik mağazalar şəbəkəsi olan “İdeal”ın direktorudur. “İdeal” mağazalar şəbəkəsinin Cahangir Əsgərovun biznesinə daxil olub-olmadığını demək çətin olsa da AZAL prezidentinin ailə üzvləri milyardlıq biznesə sahibdir.

“Gazelli Group”un təsisçisi Zərifə Həmzəyeva həm də əvvəlki adı “Bank Silk Way” olan “Premium Bank” ASC-nin sahibidir. Zərifə Həmzəyevanın “Premium Bank” ASC-dəki rəsmi payı 84,5 faizdir.

Qeyd edək ki, araşdırmaçı jurnalistlər Cahangir Əsgərovun ailə üzvlərinin ölkə daxilində və xaricində 30-dan çox şirkətə nəzarət etdiyini bildirirlər:

Həmin şirkətləri təqdim edirik:

1. SW Airways, INC.
2. SW G650 VIP Jets S.A
3. SW CARGO, INC.
4. SW G650 BUSINESS JETS, S.A
5. SW BUSINESS JETS, INC. (Bu 5 şirkət 28 dekabr 2007-ci il-11 aprel 2008-ci il tarixlərində Panamada, ofşor zonada yaradılıb).
6. International Handling Company Limited ( Pasea Estate, Read Town, Tortola, BVI)
7. Silk Way Airlines (Lüksemburq) Şirkət nömrəsi: B161559 //www.etat.lu/memorial/2011/C/Pdf/c1899198.pdf
8. SİLKWAY KARGO TAŞIMACILIĞI VE TURİZM LİMİTED ŞİRKETİ (İSTANBUL DÜNYA TİCARET MERKEZİ A2 BLOK KAT.9 NO.306 YEŞİLKÖY)
9. “Silk Way Holding” MMC
10. “Silk Way Development” MMC
11. “Silk Way Connect” MMC
12. “Silk Way West Aviaşirkəti” MMC
13. “Silk Way East Aviaşirkəti” MMC
14. “Silk Way İnvestment” MMC
15. “Silk Rovv Travel” MMC
16. “Silk Way Aviaşirkəti” MMC
17. “ASG Business Aviation” MMC
18. “ASG Servis” MMC
19. “ASG Helicopter Services” MMC
20. “Duty Free. AZ” MMC
21. “Hotels Qrup” MMC
22. “Azbiznesservis” MMC (“Garabag Resort and Spa ” oteli)
23. “İpək Yolu Sığorta” ASC (Cəmilə və Məlahət Əsgərovalar, hər biri – 38,74% və “Silk Way Aviaşirkəti” MMC – 19,05%)
24. “Premium Bank” ASC. Zərifə Həmzəyeva – 84,46%
25. “Şüvəlan P.F.K” MMC
26. “Turan Air” MMC
27. “VIP Aviasiya Xidmətləri” MMC (benefisiar sahiblik)
28. “Silk Way Cargo Services FZE” (Birləşmiş Ərəb Əmirlikləri)
29. “Silk Way Cargo UA” LLC (Ukrayna) –Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.
30. “Cargo Hub” LLC (Ukrayna) – Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.
31. Özəl Şirkəti “IEVROAZIIA” (Ukrayna)

Həmçinin, Batumidə 31 milyon dollar dəyərində "GRAND GLORIA" hoteli, Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE" hoteli, Tiflisdə bahalı "Veranda" restoranı, Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino, Naftalanda "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi, İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi", Nabranda 30 ha sahədə villa, Qala qəsəbəsində 265 ha badam bağının AZAL şefinə məxsus olduğu iddia olunur…



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu