Pandemiyanın gətirdiyi reallıq- evdən çalışmaq


Pandemiyanın gətirdiyi təhlükə səbəbindən insanların bir çoxu iş yerlərini evlə əvəz etmək məcburiyyətində qalıblar. Hətta bu gün bir çox ölkələrdə əhalinin ofisə getmədən evdə çalışması ilə bağlı qaydalar tətbiq edilir. Beləliklə, “Homeoffice” bir reallığa çevrilib.


Fransa və Belçikada qaydalar...

Pandemiya ilə bağlı evdən çalışma Fransa da geniş tətbiq edilir. 14 oktyabrdan bəri Fransada evdə işləməsi mümkün olan bütün iş sahələri də bunu reallaşdırmaq məcburiyyətindədir. Evdən işi məcburi hala gətirmənin məqsədi iş yerlərindəki yoluxmanın qarşısını almaqla yanaşı, avtobusların və qatarların dolu olması və burada yoluxmanın qarşısını almaqdır. Fransada iş yerlərində bəzi xüsusi alətlərə ehtiyacı olan memar və mühəndislər istisna təşkil edir. Onlar işlədikləri saatların bir hissəsini ofisdə keçirə bilərlər. Belçikada iş axınının təhlükəsizliyini təmin etmək üçün də belə bir tələb var. Bu qaydalara baxmayaraq, əksər belçikalılar hələ də ofislərinə gedirlər. Bu səbəbdən hökumət şirkətlərdə gözlənilməz yoxlamaları artırıb. Cərimələr kifayət qədər yüksəkdir. Qaydalara uyğun olaraq işçilərini evdə işləməyə göndərməyən şirkətlər 48 min avroya qədər cərimə ödəməlidirlər.

Şotlandiya və Portuqaliyada da evdən işləmək məcburiyyəti var

Son vaxtlar evdə işləmək Şotlandiyada da məcburidir. Hətta işin istisna deyil, qayda olması nəzərdə tutulur. Şotlandiya hökumətinin məhdudiyyətlərlə bağlı elan etdiyi mətndə deylir ki, "İndiki şərtlərdə evinizi tərk etmək üçün çox ciddi bir səbəbiniz olmalıdır”. Ancaq iş evdən həll edilə bilmədiyi halda, işə getmək lazımdır.

Portuqaliyada da evdə işləmək məcburi hala gətirilib. Hətta Baş nazir Antonio Costa, məsələni həll etmək üçün işçi ilə işə götürən arasında razılığa ehtiyac olmadığını söyləyib.

Hollandiyada iş həyatın bir hissəsidir

Korona böhranı başlamazdan əvvəl də Hollandiyada evdə işləmək Almaniyadan daha çox yayılmışdı. 2016-cı ildə ölkədə "çevik əmək qanunu" qüvvəyə minib. Ancaq qanun işçinin evdən işləmək hüququnu tələb etməsinə icazə vermir. İşəgötürən evdə işləməkdən imtina edə bilər, lakin bunu yazılı şəkildə əsaslandırmaq məcburiyyətindədir. Pandemiya səbəbindən Hollandiyadakı bəzi siyasi partiyalar bu qanunun sərtləşdirilməli olduğunu iddia edirlər. Hollandiyada evdən işləmək nisbəti olduqca yüksəkdir. “RTL Nieuws”-un hesabatına görə, Hollandiyadakı işçilərin 45-56 faizi işlərini evlərinə “köçürüblər”. Yay aylarında, 35 faiz insan evdə daha çox işlədiklərini deyirdi. Mütəxəssislər rəqəmlərin yüksək olmasını Hollandiyadakı iş mədəniyyəti ilə əlaqələndirirlər. İş həyatındakı bu faktın zəif nəzarətdən daha çox güvənə əsaslandığı bildirilir.

Avstriya mübahisə edir

Avstriyada, evdə işləmək məcburiyyətinin olması hər zaman müzakirə olunur. Vyana Tibb Universitetinin vitse-kansleri Oswald Wagner açıqlamasında, mümkün olan hər işdə evdən çalışmağın lazım olduğunu söyləyib. Ancaq Səhiyyə naziri Rudolf Anschober bunu bir

məcburiyyətə çevirməyin çətin olduğunu deyib. Avstriyalılar da evdə işləməyi çox xoş qarşılanmırlar. Avstriyanın “Profil” jurnalının sifarişi ilə hazırlanan son bir araşdırmaya görə, işçilərin böyük əksəriyyəti evdə işləmir. Onlardan yalnız beşdə biri tamamilə evdə çalışır.

Evdə çalışanlar nədən şikayət edirlər?

Almaniyada evdən çalışma praktikası getdikcə yayıldığı bir vaxtda iş yerinə getmədən evdə işləyənlər arasında aparılan bir sorğu, bu metodun üstünlüklərini və mənfi tərəflərini də ortaya qoydu. Anketin nəticəsinə görə, evdə işləyən hər üç nəfərdən biri əlverişsiz iş şəraitinə görə sağlamlıq problemindən əziyyət çəkir.

“Forsa Araşdırma İnstitutu” tərəfindən keçirilən sorğuda iştirak edənlərin 36 faiziı evlərindəki qeyri-kafi iş mühiti səbəbindən spazm, bel və ya baş ağrısı kimi narahatlıqlar yaşadıqlarını ifadə ediblər. Sözügedən xəstəliklərin kişilərə nisbətən qadınlar arasında daha çox olduğu müşahidə olunur. Bundan əlavə, respondentlərin 34 faizi evlərindəki kompüter ekranlarının çox kiçik olduğunu və internet kimi infrastrukturun natamam və ya yetərli olmadığından şikayət ediblər. İştirakçıların 32 faizi axşamlar və ya həftə sonları kimi alışmadıqları vaxtlarda, daha uzun müddət çalışdıqlarını bildiriblər. “Homeoffice” işçilərinin şikayət etdiyi bir başqa məsələ də binadakı və ya evdəki sosial mühitlə bağlıdır. Onların 30 faizi ailə üzvləri və ya qonşuları sayəsində rahat bir iş mühitinin yaradılmadığını ifadə edərkən, 27 faizi evdə tam olaraq təyin olunmayan iş mühitlərindən şikayətləniblər. Anketin nəticələrinə görə, respondentlərin 23 faizi işəgötürənin və ya nəzarətçinin maraq dairəsindən kənarda qaldığını düşünür. Onların 21 faizinin isə kompüter avadanlığı ilə bağlı problemləri var. “DAK-Gesundheit” tibbi sığorta fondunun fevral ayında apardığı bir araşdırmada, 2020-ci ildə korona epidemiyasının təsiri altında, ölkə daxilində bel ağrısı səbəbiylə həkim qeydiyatına düşənlərin sayının artdığı ortaya çıxıb.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu