Azərbaycanda vəfat edən nazirlər


Azərbaycanda 3 nazir vəzifədə olduğu müddətdə bəzi xəstəliklərdən dünyasını dəyişib.


Onlar mərhum Energetika naziri Natiq Əliyev, Sabiq Müdafiə Sənayesi naziri Yavər Camalov və Gənclər və İdman naziri Azad Rəhimovdur.

Belə ki, Energetika naziri olmuş Natiq Əliyev 1947-ci ildə Bakıda anadan olub. N.Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005-ci ildə isə Sənaye və Energetika naziri təyin edilib. 2013-cü ildən Energetika naziri vəzifəsində çalışan Natiq Əliyev 9 iyun 2017-ci il tarixində, 69 yaşında Türkiyə müalicə aldığı xəstəxanalardan birində ürək çatışmazlığından vəfat edib.

Sabiq Müdafiə Sənayesi naziri Yavər Camalov 1949-cu ildə Sabirabad rayonunda dünyaya gəlib. Y.Camalov 2006-cı ildə Müdafiə Sənayesi naziri vəzifəsinə təyin edilib. O, 2018-ci ilədək bu vəzifəni icra edib. Həmin ilin 23 iyununda isə Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 68 yaşında vəfat edən nazir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Gənclər və İdman naziri Azad Rəhimov isə 1964-cü ildə Bakıda anadan olub. O, 2006-cı ildən etibarən Gənclər və İdman naziri vəzifəsini tuturdu. A.Rəhimov həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti idi. Onun ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat etməsi ötən gün rəsmi şəkildə təsdiqləndi. Qeyd edək ki, 56 yaşında dünyasını dəyişən nazir ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı.(unikal.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu