Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər var


Beynəlxalq Qırımızı Xaç Komitəsi (BQXK) Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.



AFN-in məlumatına görə, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Unikal.org-a bildirib ki, təmsil etdiyi qurum mandatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə oktyabr və noyabr aylarında baş çəkib:

"Komitə əməkdaşları başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti, vəziyyətləri və digər məsələlər barədə monitorinq keçirib və onların vəziyyətləri barədə ailə üzvlərinə məlumat verib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu