Məhəmməd əl-Malik: “İşğaldan azad olunmuş ərazilərdə törədilən dağıntılar ağlasığmaz bir cinayətdir”


“İşğaldan azad olunmuş ərazilərdə şəhərlərin, qəsəbələrin, kəndlərin dağıdıldığının şahidi olduq. Bu, ağlasığmaz bir cinayətdir. Eyni zamanda bu insanlığa qarşı bir cinayətdir”.



“Report” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

“Biz təşkilatımızın adını dəyişmişik. Bu təşkilat bütün ölkələr üçün açıqdır. Hər kəsi bura dəvət edirik”, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu