Tatarıstanda qadın ad və soyadını dəyişərək “Rusiya Prezidenti” kimi qeydə alınıb


Tatarıstanın Zelenodolsk sakini İrina Kalimullina pasportunda soyadını “Prezident”, adını isə "Rusiya" kimi dəyişdirib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onun atasının adı "Viktorovna" kimi qalıb. Rusiyanın yeni məlumatlarının olduğu pasport qadına 2020-ci ilin yayında verilib.

“Rusiya Prezidenti” adlanan qadının 39 yaşı var. O, valideynləri ilə birlikdə yaşayır. “Rusiya”nın anası ideyanı bəyənməyib və qıza əvvəlki adı qaytarmağı xahiş edib.

Qonşuların sözlərinə görə, “Rusiya” zərərli vərdişlərə qurşanıb: o, daim binanın blokunda siqaret çəkir. Qadın həmçinin Nijnevartovsk-Moskva qatarında papiros çəkdiyinə görə cərimə də edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu