Putin növbəti dəfə Tokayevin soyadını düzgün tələffüz edə bilməyib
Rusiya prezidenti Vladimir Putin noyabrın 9-da Qazaxıstana səfər edib və burada ölkə prezidenti Kasım Comart Tokayevlə görüşüb.
19-cu Regionlararası Əməkdaşlıq Forumunda çıxışı zamanı Putin yenə də Qazaxıstan prezidentinin soyadını düzgün tələffüz edə bilməyib.
Putin və Tokayev Kostanayda keçirilən Rusiya və Qazaxıstanın XIX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasına videobağlantı vasitəsilə qoşulublar.
Qazaxıstan mediası diqqəti Putinin Tokayevin soyadını yenə səhv tələffüz etməsinə yönəldib.