Putin ad günündə Özbəkistan və Qazaxıstan prezidentlərini avtomobili ilə gəzdirib


“Rossiyskaya qazeta” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Özbəkistan və Qazaxıstan liderlərini özünün “Arus Komendant” yolsuzluq avtomobili ilə gəzintiyə çıxarıb.



Putin Moskva yaxınlığındakı Novo-Oqarevodakı iqamətgahında ilk olaraq özbək həmkarı Şavkat Mirziyoyevlə görüşüb. Görüş zamanı Putin Mirziyoyevə yeni cipini göstərib.Daha sonra liderlər avtomobilə miniblər və Rusiya prezidenti də idarə edib.

İqamətgahına qayıdan Putin girişdə Qazaxıstan prezidentini qarşılayıb.

O, Tokayevi "yolsuzluq avtomobili"ndə gəzməyə dəvət edib, prezidentlər birlikdə gəzintiyə çıxıblar.

Qeyd edək ki, oktyabrın 7-si Rusiya prezidentinin doğum günüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu