İrakli Qaribaşvili: “Gürcüstan Azərbaycanla daha çox dialoq aparmalıdır”


“Bölgədə hamı üçün gözlənilməz yeni reallıq yaranıb və bu, əlbəttə ki, ölkəmiz üçün çoxlu çağırışlar yaradır”.


“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlament çoxluğu ilə görüşdə deyib.

O, regionda sabitlik və təhlükəsizliyin Gürcüstan üçün hər zaman olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

İ.Qaribaşvili Gürcüstanın iki qonşu ölkə - Azərbaycan və Ermənistanla dostluq münasibətlərinin olduğunu qeyd edib: “Bizim bu iki ölkə ilə münasibətlərimiz dəyişməz olaraq qalır və onlarla eyni səviyyədə dostluq edirik. Hesab edirəm ki, yeni reallıqlar nəzərə alınmaqla, Gürcüstanın Azərbaycan və Ermənistanla daha çox dialoq aparmasına ehtiyac var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu