Tanınmış vəkildən ermənilərin minaladığı sahələrlə bağlı təklif


Minalanmış sahələrin xəritələrini vermədiyinə görə Azərbaycan Ermənistandan Avropa Məhkəməsinə şikayət etməlidir.



AFN xəbər verir ki, belə bir təkliflə tanınmış vəkil Fuad Ağayev çıxış edib.

Onun sözlərinə görə, bununla ermənilərin beynəlxalq aləmdə yaradılmış məzlum obrazlarına zərbə vurulmuş olacaq:

"Ermənistan indiyədək işğaldan azad olunmuş torpaqlarımızın minalanmış sahələrinin xəritələrini vermir. Nə etməli? Azərbaycan dövləti Avropa Məhkəməsi Reqlamentinin 39-cu qaydasına uyğun olaraq aralıq tədbir görülməsi üçün müraciət etməlidir ki, yaşamaq hüququnun bundan sonra pozulmasının qarşısının alınması məqsədilə Avropa Məhkəməsi Ermənistandan həmin xəritələri tələb etsin. Ermənilər xəritələri versələr, gələcək qurbanların sayını xeyli azaltmış olarıq. Əgər verməsələr, beynəlxalq aləmdə məzlum obrazlarına şiddətli zərbə alacaqlar. Siyasi-hüquqi baxımdan bu çox düzgün addım olar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu