Nikol Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələyib


Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarının mitinqində Silahlı Qüvvələrin əsgər, zabit və generallarına xidməti vəzifələrinin icrası ilə məşğul olmaq əmri verib.



“Report” “Novosti Armeniya”ya istinadən bildirir ki, o, hərbçilərə dövlət sərhədinin və ölkənin ərazi bütövlüyünün qorunması ilə məğul olmağı tapşırıb.

“Bu mənim əmrimdir, heç kim bunu pozmağa cəsarət edə bilməz”, - baş nazir vurğulayıb.

N.Paşinyan deyib ki, əmrə tabe olmayan hərbçilər həbs edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu