Beyləqanda 3 mağazadan 10500 manatlıq oğurluq edilib

Beyləqan rayonunda mağazalardan oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 176 manat pul və 10 460 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Mahmudlu və Füzuli rayon sakini X.Məmmədli saxlanılıblar.
Diqqətinizi çəkə biləcək digər xəbərlər