Ermənilərdən iddia: Xocavənddəki əkin torpaqlarının yarısı Azərbaycanın nəzarətindədir


Hazırda Xocavənddəki əkinə yararlı torpaqların azı yarısı Azərbaycanın nəzarətinə keçib.



Bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, rayon ərazisində kənd təsərrüfatı təyinatlı 27 min 133.1 ha torpaqdan 15 min 792,1 ha artıq Azərbaycanın nəzarətindədir. Mətbuatın yazdığına görə, müharibədən əvvəl Xocavənddə 22 min ha torpaq əkilib.

Hazırda Azərbaycan 308,20 ha üzüm bağına, 230 ha nar və 62,27 ha meyvə bağına nəzarəti təmin edib.

"Bundan başqa, Azərbaycan tərəfinin nəzarətindəki torpaqlarda 15 kombayn, 105 traktor və digər kənd təsərrüfatı texnikası qalıb”,-deyə mətbuat yazıb. //Cebhe.info



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu