Bu problem bələdiyyə və icra hakimiyyətlərindən qaynaqlanır - KTN rəsmisindən ETİRAZ


Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması ilə bağlı danışıb.

AFN.az-ın xəbərinə görə, nazirlik rəsmisi 17 min hektar kənd təsərrüfatı təyinatlı torpaqda ev tikildiyini deyib: "Amma faktiki olaraq bizdən bu torpaqlara aid səmərəlilik tələb edilir. Bu problem bələdiyyə və icra hakimiyyətlərindən qaynaqlanır. Bələdiyyələrin torpaqlar üzərində tikintiyə sərəncam vermək səlahiyyəti dayandırılıb, lakin icra hakimiyyətləri hələ də torpaqlarda tikinti aparmağa rəy verir. Bu məsələyə aydınlıq gətirilməlidir”, - deyə F.Tağıyev əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu