Ənənəvi təhsil bu tarixdən etibarən tam bərpa oluna bilər - Ekspertdən AÇIQLAMA


Müəllimlərin vaksinasiya prosesinin başlaması ilə Azərbaycanda ənənəvi təhsil tam bərpa oluna bilər.

Bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, bu gedişlə növbəti tədris ilindən rahatlıqla ənənəvi təhsilə keçid ala biləcəyik:

"Vaksinasiya prosesinin başlaması tədricən bütün yaş kateqoriyasını əhatə edib, ondan sonra dərslərin ənənəvi qaydada başlamasına təkan verə bilər. Çünki hər vaksinasiya ümumi əhali sayına daxildir. Fərqi yoxdur bu təhsil işçisidir, kənar sahə üzrə çalışır. Ümumilikdə ölkə əhalisinin sayına təsir göstərən faktordur. Ona görə də düşünürəm ki, bununla paralel olaraq ümumi mövcud epidemioloji qaydalara riayət etməklə tamamilə ənənəvi təhsilə keçid etmək ola bilər.

Nəzərə alsaq ki, ölkəmizdə təxminən 3 milyona yaxın test analizi götürülüb və eyni zamanda nəzərə alsaq ki, vaksinasiya prosesində də artıq kifayət qədər say var, təxminən 300 minə yaxın vətəndaşımız artıq vaksinasiyadan keçirilib və tədricən də bu davam edir. Yəqin ki, ən əsası növbəti tədris ilindən rahatlıqla ənənəvi təhsilə keçid ala biləcəyik. O vaxta qədər də bu tədris ilinin sonuna qədər, ola bilər ki, qarşıdaki aylarda, yəni aprel, yaxud may ayında da digər siniflər, ixtisaslar üzrə ənənəvi təhsil bərpa olunsun".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu