Samir Nuriyevdən Prezidentə ŞİKAYƏT


Zərdab rayon sakini Bəxtiyar Xəlilzadə 19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən ölkə başçısına şikayət edib.



Vətəndaşın şikayətini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Məhz bu qanuna görə 2019 cu il oktaybr ayında özünüməşğulluq proqramının genişlənməsi və tam dolğun həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinin bütün regionlar üzrə yerli məşğulluq mərkəzlərinə 1 (bir) ştat vahidi olaraq əmək haqqı 415 azn olmaqla işci tələb olunurdu. Sosial sahədə iş stajım olduğuna görə məhz bu vəzifəyə mən təyinat aldım. 09 oktyabr 2019-cu ildə respublikanın bütün rayonları kimi mən də Zərdab Məşğulluq Mərkəzində sosial agent kimi (özünüməşğulluq tədbirlərinə kömək) işə başladım. Dəfələrlə DMX-də Rəşad Dayıyevin məşğələlərində qrup şəklində iştirak etmişik. 07.01.2020 ci il tarixdə bu vəzifədə olan bütün işçilərin müqavilələrinə xitam verildi və yerli məşğulluq mərkəzində boş vakant yerlərə təyinat aldılar. Lakin həmin müddətdə Zərdab Rayon Məşğulluq Mərkəzinin direktoru olmadığı üçün mənim barəmdə təqdimatı mart ayında direktor əvəzi Aydın Qafarlı ESTAS-la Cənab Fuad Musayevə göndərdi. DMX-nə cənab Mustafa Abbasbəyli təyin olunandan sonra təkrar mənim işə qəbul olunmağım üçün təqdimat göndərildi. Mənim şəxsi işim DOST İş MMC-də olduğu üçün DMX-nin kadrlar şöbəsinə təqdim etməyimi tələb etdilər. Mən də əmək kitabçamı, lazımı sənədləri təqdim etdim, işə girməyimlə bağlı ərizəmi də aldılar.

Bu gün də şəxsi işim, əmək kitabçam və ərizəm hələ də DMX-nin kadr şöbəsində qalır. 14.12.2020-cil tarixdə 19 saylı Ərazi Məşğulluq Mərkəzi filialın müdiri mənə şablon bir məktub göndərib ki, guya mənim müraciətimə baxıb. Halbuki heç çağırıb soruşmayıb da ki, sən 9 ay əməkhaqqı almadan bütün rayonların işciləri kimi işləmisən. 19 sayli Ərazi Məşgulluq Mərkəzinin direktoru Samir Nuriyevdən soruşmağınızı xahiş edirəm ki, Ucar MM ilə birgə bütün regionlarda ali və orta ixtisas təhsilli kadrlar qalıb işləyir, amma bu gün Samir Nuriyev məni işləməyə qoymur. Halbuki yaşadığım Zərdab Rayonunda Məşğulluq Mərkəzində 1 (bir) işçi qalıb. Bu da əlbəttə, 60000 əhalisi olan Zərdab rayonu üçün yetərli deyil. Ərizəmdə qeyd etmişəm ki, Zərdab Rayon Məşğulluq Mərkəzinin əməkdaşı olduğumu qeyd etmişəm. Çünki 1 il Mərkəzin bütün işlərini və özünüməşğulluq tədbirlərinin təşkilini öz şəxsi avtomobilimlə etmişəm. Pandemiya dövründə 2020-ci ilin aprel ayında gecə-gündüz dayanmadan çalışanda siz Samir Nuriyev və sizin zəhmət çəkmədən indi yüksək əmək haqqıalan isçiləriniz yox idi. Amma mən bu gün o qədər zəhmətin qabağında kənarda qalmışam. Mənim e-sosial.az portalında şəxsi kabinet yaratmağıma gəldikdə, mən işlədiyim dövrdə mərkəzə gələn vətəndaşların hər birinə şəxsi kabinet yaratmaqda yardımçı olmuşam. Cox hörmətli səlahiyyət sahibləri bir neçə dəfə teleqram vuraraq məni qəbul edib dinləməyinizi xahiş etmişəm. Mümkünsə Covid 19 pandemiya dövrünü nəzərə alaraq məni onlayn qəbul edib dinləyəsiniz.
Çox hörmətli cənab İlham Əliyev, cənab Sahil Babayev, cənab Fuad Musayev, cənab Mustafa Abbasbəyli, sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim bu ərizəmi çox ciddi şəkildə araşdırıb mənə bu işdə yardımçı olasınız.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.(saat24.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu