Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Xəzər rayon Məşğulluq Mərkəzi tərəfindən də 2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb edilənlərdən ilk qrupu üçün təlimə başlanılıb. Təlimdə sosial cəhətdən həssas kateqoriyalardan (müharibə ilə əlaqədar və ümumi səbəblərdən əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri və s.) olan 17 vətəndaş iştirak edir.

Onlara Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçi tərəfindən özünüməşğulluq proqramı əsasında kiçik ailə bizneslərinin qurulması və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Bir aylıq təlim kursunu başa vuraraq, qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən iştirakçılar kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu