18 yaşlı futbolçu oyun zamanı öldü


Rusiyanın gənclərdən ibarət "Znamya Truda" komandasının futbolçusu Nikita Sidorov oyun zamanı ölüb.



"Report"un məlumatına görə, 18 yaşlı oyunçunun səhhəti Orexovo-Zuyevo şəhərindəki "Torpedo" stadionunda keçirilmiş qarşılaşmanın gedişində pisləşib. Nəticədə o, yerindəcə keçinib.

Klubdan bildirilib ki, ölümün ilkin səbəbi beyin damarının partlamasıdır.

Qeyd edək ki, 2020-ci ilin iyulunda da "Znamya Truda"nın məşqində xoşagəlməz hadisə baş verib. Gənc qapıçı İvan Zabrovskini ildırım vurub. Nəticədə o, xəstəxanaya yerləşdirilib və bir neçə günlük müalicədən sonra evinə buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu