"Riyad" ticarət mərkəzinin yaxınlığında yük maşınları toqquşub - FOTOLAR


Bakı-Sumqayıt yolunda qəza olub.



"Report" xəbər verir ki hadisə yolun "Riyad" ticarət mərkəzinin yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, iki yük avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki yük maşınına ciddi ziyan dəyib.

Hadisə səbəbindən yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu