"Baku Bus"ın avtobusu ilə minik maşını toqquşub - FOTO


Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.



AFN.az APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində "Baku Bus" MMC-yə məxsus 99-JU-536 dövlət nömrə nişanlı avtobus ilə 99-TZ-823 dövlət nömrə nişanlı "Ford Fusion" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Qəza səbəbindən prospektdə uzun tıxac yaranıb.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Yolda hərəkət təmin edilib.

Faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu