Bakıda yol qəzası olub


Bakının Nəsimi rayonunda yol qəzası olub.



AFN.az xəbər verir ki, Nizami küçəsində 99-UT-932 seriya nişanlı “Toyota Prius” markalı minik avtomobili 99-JL-761 seriya nişanlı “Mercedes” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” zərbənin təsirindən aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu