Küləkli hava nə qədər davam edəcək?


Bugün səhərdən Bakıda və Abşeron yarımadasında əsən güclü külək axşam mülayimləşəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AFN-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında 14-17, Bakıda 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.[/sup]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu