Koronavirusdan sağalanlar oruc tuta bilərmi? - VİDEO


Bir ildən çoxdur, bütün dünya COVID-19-la mübarizə aparır.

Mütəxəssislərin fikrincə, virusdan sağalan insanlarda xəstəliyin əlamətləri bir neçə ay davam edə bilər.

Qarşıdan Ramazan ayının gəldiyini nəzərə alsaq, belə bir fikir ortaya çıxır: Koronavirusa yoluxan şəxs oruc tuta bilərmi?

Professor Adil Qeybulla BAKU.TV-yə bildirib ki, koronavirus infeksiyasından sağalandan sonra post-COVID sindromunun əlamətləri özünü göstərir:

“Koronavirus xəstəliyi keçirən insanların oruc tutması məqsədəuyğun sayılmır”.

İlahiyyatçılar da koronavirusdan sağalan şəxslərin reabilitasiya dövründə oruc tutmasını məsləhət görmür.

İlahiyyatçı Hacı Şahin bildirib ki, ümumiyyətlə, xəstələrin oruc tutması düzgün deyil:

“Koronavirusdan sağalan, lakin əlamətləri olan şəxslər də oruc tutmaya bilər. Reabilitasiya dövründən sonra oruca davam edə bilərlər”.

Ətraflı süjeti təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu