Bu həftənin hava proqnozu açıqlanıb


Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

AFN-in xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda ölkə ərazisində qeyri-sabit və bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunsa da, aprelin 14-də günün ikinci yarsında yağıntıların kəsiləcəyi gözlənilir:

"Növbəti üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava, əsasən, yağmursuz keçəcək, zəif külək əsəcək. Bakı və Abşeron Yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəzi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu