Od çərşənbəsinda hava "od kimi"dir


Bu gün Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur. Bu çərşənbə qədimdə insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.


AFN.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, fevralın son günlərində havanın mülayim keçməsi yazın gəlişinin müjdəsidir.

“Hazırda ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir. Temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur. Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib”.

Xidmət rəisi qeyd edib ki, həmçinin keçən il də Od çərşənbəsində temperatur iqlim normasından 6 dərəcə yüksək müşahidə olunub.

“Bu il Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 17-19 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Od çərşənbəsi bu il ölkə ərazisində əsasən sabit, yağmursuz, dumanlı hava şəraiti ilə səciyyələnir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu