DİN: Saxlanılan şəxsin qohumlarına, iş yerinə və müdiriyyətinə məlumat verilir


“İnzibati hüquqpozmaya görə saxlanılan şəxsin xahişi ilə onun saxlandığı yer haqqında qohumlarına, işlədiyi, təhsil aldığı yerin rəhbərliyinə məlumat verilir”.



Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusunu cavab olaraq bildirib.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanlarla bağlı isə valideynlərinə və ya onları əvəz edən şəxslərə məlumatların verilməsi mütləqdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu