Cəlilabadda avtoxuliqanlıq edən sürücülər saxlanıldı


Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AFN-ə verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinləri T.Fətullayev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21011” markalı avtomobillə, İ.Abbasov isə “VAZ-2106” markalı avtomobillə rayon ərazisində digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq RPŞ-nə aparılıb və barələrində tərtib olunub inzibati protokollar aidiyyatı üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu