“Listinq Məsləhət Proqramı”na yeni tərəfdaşlar qoşulub


"Ernst & Young" Azərbaycan Şirkəti “Bakı Fond Birjası” QSC-nin (BFB) Azərbaycanın kapital bazarından maliyyələşməni təşviq edən, bu istiqamətdə emitentlərlə ödənişsiz məlumat və məsləhət xidmətləri göstərən Listinq Məsləhət Proqramına (LMP) qoşulub.


“Report” xəbər verir ki, bu barədə Birjanın açıqlamasında bildirilir.

Bununla yanaşı LMP-iyə “Unicapital İnvestisiya Şirkəti” ASC-də qoşulub.

Xatırladaq ki, "Unicapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin təsisçisi 100 % "Unibank" ASC-dir.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu