“Unibank”ın investisiya şirkəti ilə pis başlayıb - 87,5 milyon manatlıq itki


2024-cü ilin yanvar ayında "Unicapital İnvestisiya Şirkəti”nin "Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 155 əqd üzrə 191,96 milyon manat təşkil edib.


Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 31,3% və ya 87,5 milyon manat azalıb. Belə ki, 2023-cü ilin ilk ayında "Unicapital”ın dövriyyəsi 279,5 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin birja əməliyyatlarının 87,7 milyon manatı repo, 11,24 milyon manatı dövlət qiymətli kağızlarının, 31,4 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 61,6 milyon manatı korporativ istiqrazların payına düşüb. Bu dövrdə investisiya şirkəti səhm üzrə əməliyyat aparmayıb.

Xatırladaq ki, "Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin səhmlərinin 100%-i "Unibank”a məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu