Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2% azalıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 1 339,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % az vəsait yönəldilib.


Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 11,2 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 12,1 % artıb.

İstifadə olunmuş vəsaitin 984,3 milyon manatı və yaxud 73,5 %-i məhsul istehsalı sahələrinə, 240,6 milyon manatı və yaxud 17,9 %i- xidmət sahələrinə, 114,8 milyon manatı və yaxud 8,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 milyon manatını və yaxud 58,2 %-ni daxili vəsaitlər təşkil edib, 815,9 milyon manatı və yaxud 60,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

2 aylıq investisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri 75 %, büdcə vəsaitləri 10,4 %, əhalinin şəxsi vəsaitləri 9,4 %, sair vəsaitlər 4,7 %, bank kreditləri isə 0,5 % paya malik olub. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu