Yaxın qohumu Elxan Bəşirov haqda ŞOK FAKTLAR AÇIQLADI-VİDEO

Xəbərin çap versiyası
Tarix: 7-03-2019, 13:23    |    Xəbər oxunub: 886 dəfə
Yaxın qohumu Elxan Bəşirov haqda


“Mən “Mətanət-A” şirkətində uzun muddət işləmişəm və son işim cənub bölgəsinin satış təmsilçisi olub. 2015-ci ildə atam Ərəstun Bayramovun (şirkətin keçmiş prezidenti, hazırkı Müşahidə Şurasının sədri Elxan Bəşirovun dayısı) Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən ərazidə istirahət mərkəzi tikməsi Elxan Bəşirovda ailəmizə qarşı nifrət hissi oyadıb. Bizə sonradan məlum olub ki, onun həmin ərazidə olan bütün torpaqları almaq məqsədi var imiş. Atamın ona “yerin pulunu ver götür” deməsi Elxan Bəşirovu qəzəbləndirib”.

Bu haqda Bayramov Altay Ərəstun oğlunun AFN-in redaksiyasına göndərdiyi şikayət məkltubunda bildirilir. Şikayətçi qeyd edir ki, bu narazılıqdan sonra E.Bəşirovun qara mühasibatlığını aparan qardaşı Bayramov Ziyatay işdən qovulub və ailə ilə şirkət rəhbərliyi arasında “müharibə” başlayıb: “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun qoçu dəstəsi şirkətin “Luxen Plaza”da yerləşən satış ofisində məni girov götürməklə və şantaj yolu ilə heç bir aidiyyatı olmayan müxtəlif sənədlərə imza atdırdılar. Elxan Bəşirov qoçuları vasitəsilə mənə məxsus sənədləri, şəxsi netbukumu, Xırdalan şəhərində yerləşən evimizin sənədlərini, işlədiyim müddət ərzində apardığım iş hesabatını və o cümlədən şirkətdə 12000 manat depozitimin olmasını təsdiq edən sübutları ələ keçiribr. Girovluqda olduğum zaman Elxanın mühafizə rəisi Yalçın İbayev məni başımdan vurmuş və hətta xəstəxanaya düşmüşdüm. Bəşirovun hədə və şantajlarından qorxub səsimizi çıxarmırdıq, amma indi heç nəyimiz qalmayıb. 2016-cı ildən bu günə qədər Xırdalan şəhəri, H.Aslanov küçəsi 90 saylı evimiz Elxan Bəşirovun girovluğundadır və onunqoçu dəstəsi evimizə daxil olmağa mane olur. Deyilənləri təsdiqləmək üçün sizə video da göndərirəm”. (Həmin video ilə yazının sonunda tanış ola bilərsiniz-red.)

A.Bayramov həmçinin qeyd edir ki, E.Bəşirov haqda sosial şəbəkələrdə, mediada yazılan yazılarda ondan şübhələnib və buna görə Bakı şəhər prokuroruna şikayət edib: “Şikayətdə bildirir ki, “Mətanət-A” şirkətində çalışdığım dövrdə güya mənimsəmə etmişəm. Əgər Elxan Bəşirov cibimə narkotik maddə atdırıb məni tutdurmasa, bu barədə geniş olaraq mətbuat konfransı keçirib hər şeyi ictimaiyyətə çatdıraram. Bu qanunsuz şikayətə görə 01.03.2019-cü il tarixində Bakı şəhər prokuroru İlqar Abbasovun qəbul günü olduğu üçün qəbula ərizə ilə gedərək onunla görüşmək istədim. Məni İlqar Abbasov deyil, İstintaq idarəsinin rəisi Rəşad Mansurov (özünü belə təqdim etdiyinə görə) girişdə polisin otağında qəbul edərək ərizəni oxumağa başladı.
Rəşad Mansurov ərizəni oxuyar-oxumaz başladı Elxan Bəşirovla müstəntiq Abdulla Abdullayevi tərifləməyə. Bir anlığa elə zənn etdim ki, ünvanı səhv salıb Elxan Bəşirovun şirkətinə getmişəm, ona görə də sual verdim ki, Bakı Şəhər Prokurorluğunda başqa müstəntiq yoxdurmu? Bəlkə Abdulla Abdullayev Elxan Bəşirovun qeyri-rəsmi işçisidir? Mənə cavab olaraq bildirdi ki, Elxan Bəşirovun digər şəxslərlə olan prokurorluq işlərinə də Abdulla Abdullayev baxdığına görə onunla bağlı bütün işlər müstəntiq Abdulla Abdullayevə yönəldilir. Rəşad Mansurovun Elxan Bəşirovdan qidalandığını anladım və ordan çıxan kimi İlqar Abbasova teleqram verərək məni şəxsən qəbul etməsini xahiş etdim. Ola bilsin mənim teleqramım İlqar Abbasova çatmasın. Amma onu çox yaxşı bilirəm ki, Elxan Bəşirov sosial şəbəkəni satın ala bilməz. Ona görə də bunu sosial şəbəkələrdə ictimailəşdirməyə məcbur qaldım.
Burdan Bakı şəhər prokuroru İlqar Abbasovun nəzərinə çatdırıram ki, əgər Bakı şəhər prokurorluğu Elxan Bəşirovun mənafeyinə xidmət etmirsə mənim haqqımda araşdırmaya Lerik Rayon Prokurorluğunda da baxıla bilər. Çünki qanun belə tələb edir. Belə ki, mən cənub bölğəsi üzrə satış təmsilçisi işləmişəm və bura Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik aid olunur. Elxan Bəşirovun ərizəsində göstərdiyi müştərilərdən Lerikdən də müştərilər var. Mənim işsiz və Lerik rayonununda qeydiyyatda olmamı və səhhətimdə problemlərin olmasına görə bu işə Lerik rayon pokuroru baxmalıdır. Ayrıca “Mətanət-A” şirkətinin hüquqi unvanı Abşeron rayonunda yerləşir. Burdan tam görünür ki, iş sifarişlidir. Buradan cənab Prezidentdən, Birinci Vitse-Prezidentdən, baş prokurordan, daxili İşlər nazirindən, Dövlət Təhlükəsizlik Xidmətindən, vergilər nazirindən və Ombudsmandan xahiş edirəm ki, “Mətanət-A” şirkətinin müşahidə şürasının sədri Elxan Bəşirovun qanunazidd hərəkətlərini, vergidən milyonları necə yayındırdığını, işçiləri necə şərlədiyini, döydürdüyünü sübut edən keçirəcəyim mətbuat konfransına qədər mənim təhlükəsizliyimin təmin edilməsi üçün lazimi tədbirlər görülsün və bu işin baxılmasını Baş prokuror nəzarətə götürməklə Lerik rayon prokuroruna həvalə olunmasına göstəriş verilsin. Sübutları Elxan Bəşirov yox etməsin deyə iştimaiyyətə çatdırandan sonra lazımı istintaq orqanlarına təhvil verərəm. Əminəm ki, mənim müraciətimdən sonra Elxan Bəşirovun qanunazidd əməllərinin digər qurbanları da “Mətanət-A” şirkətinin rəhbərliyinin onların həyatını necə kabusa çevirməsini ictimaiyyətə təqdim etməkdən çəkinməyəcəklər. Bildirmək istəyirəm ki, Bəşirov Elxan Hidayət oğlu mənim bibim oğludur və onun bir çox işlərini uzun müddət mən apardığım üçün çox mətləblərdən xəbərim var. Bəşirov Elxanın Bakı Şəhər Prokurorluğuna daxil olan bütün şikayətlərini müstəntiq Abdullayev Abdulla araşdırıb və həmişə birincinin xeyrinə nəticələnib. Bundan əlavə, Abdullayev Abdulla Bəşirov Elxanın atası Bəşirov Hidayətlə yaxın dostdur, o, hələ Lerik rayonunda müstəntiq işləyərkən atam Bayramov Ərəstun Mirələm oğlu da Siyov ərazi icra nümayəndəsi vəzifəsində çalışırdı və o zaman aralarında konflikt yaranıb”.



“Mətanət-A” şirkətinin Hüquq şöbəsinin müdiri Gülxanım Xəlilova AFN-in sorğusuna cavab olaraq bildirdi ki, Bayramov Altay “Mətanət-A” şirkətində satış təmsilçisi kimi işlədiyi dövrdə külli miqdarda mənimsəmə əməli törədib: “Bu, Bayramov Altayın özünün iştirakı ilə müştəri izahatları ilə, müstəqil auditor rəyi və Bayramov Altayın özünün izahatı ilə təsdiqlənmişdir. Həmin tarixdən bəri, Bayramov Altay Ərəstun oğlu dəfələrlə şirkətə dəyən zərərin əvəzini ödəməyi vəd etsə də, dəymiş ziyan indiyədək ödənilməmişdir. Ona görə də Bayramov Altay Ərəstun oğlunun vəzifəsindən sui istifadə etməklə yol verdiyi mənimsəmə əməllərinə hüquqi qiymət verilməsi və “Mətanət A” şirkətinə vurulmuş ziyanın aradan qaldırılması üçün iş Bakı Şəhər Prokurorluğuna göndərilmişdir. “Mətanət-A” şirkətinin hüquqi ünvanı Bakı şəhərində yerləşir. Bu faktı Vergilər Nazirliyinin rəsmi saytından da dəqiqləşdirə bilərsiniz. Ona görə işə qanunvericiliyə uyğun olaraq işə Bakı Şəhər Prokurorluğunda baxılmalıdır.
Həmin şəxsin öz qanunsuz əməllərini aradan qaldırmaq əvəzinə “Mətanət-A” şirkətinin rəhbərliyi və öz vəzifələrini icra edən dövlət orqanları haqqında qarayaxma və böhtan xarakterli, heç bir əsası olmayan iddiaları tamamən əsassızdır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur