Stiven Siqal Moskvada Qələbə Paradına qatılıb

Amerikalı aktyor və kinoprodüser Stiven Siqal Qələbə Paradının başlayacağı Qırmızı Meydana gəlib.
AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, Siqal tribunalardan birində əyləşdi.
Parada nazirlər, millət vəkilləri, rayon rəhbərləri, iri biznes nümayəndələri də gəlib.
Mərkəzi stend əsasən dövlət başçıları və Böyük Vətən Müharibəsi veteranları üçün ayrılıb.