Sanksiyalar Moskvanın Ukraynada məqsədlərinə çatmasına mane olmayacaq - Andrey Kelin

Britaniyanın Rusiyaya qarşı yeni sanksiyaları Moskvanın Ukraynada hərbi-siyasi məqsədlərinə çatmasına mane olmayacaq.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.
"Bu məhdudiyyətlər acizdirlər. Onlar bizim siyasi və hərbi məqsədlərimizə çatmağa qətiyyən mane olmurlar", - deyə diplomatik missiyanın rəhbəri bildirib.
Kelin əlavə edib ki, London konkret olaraq hələ də nəsə edə biləcəyini, bəzi məhdudiyyətlər tətbiq edə biləcəyini göstərmək üçün mayın 9-nu seçməyə çalışır.
Qeyd edək ki, bu gün Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək, "Soglasie" sığorta şirkəti, iki Honq-Konq şirkəti - "BX Energy" və "Nord Axis Ltd" və Norveçin "Romarine AS"-ni Rusiya karbohidrogenlərinin ticarətində iştirak etdiyi iddiası ilə qara siyahıya salıb. Beş Azərbaycan vətəndaşına da sanksiya tətbiq edilib.