ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ Rusiya və digər ölkələrdən 400-ə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənədə əsasən, Maliyyə Nazirliyi və Dövlət Departamenti Rusiyadan və xaricdən, o cümlədən Asiya, Avropa və Yaxın Şərqdən olan 400-ə yaxın şəxs və şirkətə qarşı sanksiya tətbiq edir. Qeyd edilir ki, məhdudiyyətlər Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı istifadə etdiyi “mal və xidmətlər”in təqdim edilməsi, habelə “sanksiyalardan yayınması” ilə əlaqədar tətbiq edilir.
Siyahıya 34 rusiyalı, o cümlədən Rusiya müdafiə nazirinin oğlu Pavel Belousov və “Tərəqqi” RCC-nin baş direktoru Dmitri Baranov daxil edilib. Bundan əlavə, Belarus, İtaliya, Türkiyə, Avstriya, Lixtenşteyn, İsveçrə və Çinin bəzi vətəndaşlarına qarşı da məhdudiyyətlər tətbiq edilib. Sanksiyalar 46 Çin şirkətinə də təsir edib.
Sanksiyaya məruz qalan hüquqi şəxslər arasında xeyli tanınmış iri müəssisələr var.