ABŞ-Çin danışıqları gərginliyin azaldılması istiqamətində konstruktiv addımdır - ÜTT rəhbəri


Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala bu həftəsonu olacaq ABŞ-Çin danışıqlarını iki ölkə arasında ticarət gərginliyinin azaldılması istiqamətində konstruktiv addım kimi qiymətləndirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, ABŞ və Çin arasında danışıqları gərginliyin azaldılması istiqamətində müsbət və konstruktiv addım kimi alqışlayır.

Okonjo-İveala görə, dünyanın iki ən böyük iqtisadiyyatı arasında davamlı dialoq ticarət gərginliyinin yumşaldılması, geosiyasi bölünmələrin qarşısının alınması və qlobal inkişafın təmin edilməsi üçün vacibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu