İran Ermənistanla ticarəti 3 milyard dollara çatdırmaq istəyir


“Hazırda bizim Ermənistana ixracımız 437 milyon dollardır və iki ölkə arasında ticarət planına görə 3 milyard dollara çatdırılmalıdır”.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, İranın sənaye, mədən və ticarət nazirinin müavini Əlirza Peymanpak belə deyib. Nazir İran və Ermənistan arasında son dərəcə əlverişli siyasi əlaqələrə və iki ölkənin hökumətlərinin ticarəti inkişaf etdirmək və Avrasiya ilə azad ticarət sazişi üçün danışıqları başa çatdırmaq əzminə toxunaraq əlavə edib: “Ermənistan bizimlə ümumi sərhədi olan yeganə Avrasiya Birliyinə üzv ölkədir və İranla bu ittifaqın bazarı arasında körpü rolunu oynaya bilər”.
Həmçinin İrəvanda İranın ticarət mərkəzinin yaradılmasını xatırladan nazir müavini qeyd edib: “Ermənistandakı ticarət mərkəzimiz çox fəal və dinamikdir. Biznes mərkəzlərində izlədiyimiz və təbii ki, bu biznes mərkəzinin də sahib olduğu ən mühüm amil hədəf ölkədə güclü, böyük və uyğun tərəfdaşın olmasıdır”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu