Səttar Bəhlulzadə adına XDTG-də Heydər Əliyevin anadan olmasının 102-ci ilinə həsr olunmuş festival keçirilib


Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada "Konstitusiya və Suverenlik ili" çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Mədəniyyətlərarası dialoq və Azərbaycanın suverenliyi" adlı festival keçirilib.


AFN.az xəbər verir ki, festival gimnaziyanın müəllim kollektivinin, burada təhsil alan şagirdlərin təşkilatçılığı və iştirakı ilə baş tutub. Tədbirdə ulu öndər Heydər Əliyevin miras qoyduğu yüksək səviyyəli beynəlxalq əlaqələrin, dövlətlərarası dostluq münasibətlərinin təzahürü olaraq hər sinif bir ölkəni təmsil edib. 20 ölkənin adət-ənənəsi, tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri və mətbəxi təqdim edilib. Hər bir ölkəni təmsil edən şagirdlər həmin ölkələrə aid milli, mədəni, ədəbi nümunələri nümayiş etdiriblər. Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova hər bir stendə yaxınlaşaraq şagirdlərin ərsəyə gətirdiyi işlərlə tanış olub, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, festival xeyriyyə məqsədi daşıyıb. Siniflər öz stendlərində qoyduqları məhsulları sataraq toplanan gəliri məktəbə təqdim ediblər. Buradan əldə edilən vəsaitlə uşaq evlərinə, imkansız ailələrə dəstək göstəriləcək.
Tədbir konsert proqramı ilə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu