Səttar Bəhlulzadə adına XDTG-də Nəsirəddin Tusiyə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada azərbaycanlı alim, filosof, astronom, riyaziyyatçı Nəsirəddin Tusinin doğum gününə həsr olunmuş tədbir keçirilib.
AFN.az xəbər verir ki, "Səmaya açılan yol:Tusi irsi" adlı tədbirin təşkilatçılığını gimnaziyanın coğrafiya müəllimi İlahə Sadıqova və fizika müəllimi Tünzalə Rəsulova edib.
Tədbirdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları - astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm, kitabxana müdiri Lalə Səlimzadə və Aytac İskəndərova iştirak ediblər.
Gimnaziyanın direktoru Xəyalə Veyisova da tədbirdə çıxış edərək, şagirdlərə N.Tusi haqda məlumat verib və tədbirin əhəmiyyətindən danışıb, onlara tövsiyələrini çatdırıb.
Sonda mütəxəssislər şagirdlərin suallarını cavablandırıblar.