Hacı İbrahimin baş mühasibi hakim qarşısına çıxarılır


Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Vaqif Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.



Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin icraatında araşdırılacaq.

Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin sahibi olduğu "Avesta" konsernində baş mühasib işlədiyi bildirilən V.Bağırov "İnterpol” xətti ilə beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu