QİÇS-lə Mübarizə Mərkəzi Ağdam hərbi hospitalına tibbi ləvazimatlar göndərdi


Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi oktyabrın 11-də tibbi lavazımat və digər məhsullardan ibarət yardımını Ağdam hərbi hospitalına təhvil verib.

AFN-in məlumatına görə, bundan başqa Silahlı Qüvvələrə yardım Fonduna, RQMM kolletivinin topladığı maddi vəsait də keçiriləcək.
RQMM-nin bütün əməkdaşları Azərbaycan əsgərinin torpaqlarımızın işğaldan azad olunması yolunda göstərdiyi qəhramanlıq qarşında sevgi və ehtiramını bildirir. Biz, Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında möhtəşəm qələbəsinə və ərazi bütövlüyümizin bərpa olunmasına əminik.

Qarabağ Azərbaycandır! Qələbə bizimdir!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu