Ukrayna aviaşirkəti noyabrın 4-dən Kiyev-Bakı uçuşlarına başlamaq istəyir


"Ukrayna Beynəlxalq Hava Yolları" (MAU) şirkəti noyabrın 4-dən Kiyev-Bakı-Kiyev marşrutu üzrə uçuşlara başlamaq istəyir.



“Report” xəbər verir ki, bu barədə aviaşirkətin 2020-ci il qış uçuş cədvəlində bildirilir.

Məlumata görə, Ukrayna paytaxtından Azərbaycan paytaxtına uçuşlar çərşənbə və bazar günləri, əks istiqamətdə uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri həyata keçirəcək.

Xatırladaq ki, Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportun müvəqqəti olaraq məhdud iş rejiminə keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu