İlham Əliyev: "İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb""


“İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansısa məlumat yoxdur”.



“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Ahaber” telekanalına müsahibəsində bildirib.

“Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb. Buna görə biz İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik. Gürcüstan ərazisindən, bizdə olan məlumata görə, bu gün mülki, eyni zamanda karqo təyyarələri ilə qaçaq silah göndərilib. Ermənistan bu yaxınlarda bir təyyarə alıb. Bizdə olan məlumata görə, hardasa 30-40 milyon dollara alıb. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır: Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün muzdlu kimi Qarabağa göndərirlər. Eyni zamanda bu İL-76 təyyarəsinin alınması Ermənistana imkan verdi ki, qaçaq yolla bu silahları Ermənistana ötürsün”, - ölkə başçısı söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu