Avstriyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb


Ermənistan müxtəlif ölkələrdən aldığı silahların çatdırılmasında logistik problemlər yaşayır.



AFN.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

"Biz sizin partiyanızın xəyal edə biləcəyindən daha çox ölkədən silah ala bilərik. Təbii ki, logistika ilə bağlı problemlər var. Biz daha çox müdafiə silahları gətirmişik", - deyə o Ermənistan fraksiyasından olan müxalifətçi deputatın sualını cavablandırıb.

Qeyd edək ki, bundan əvvəl Fransa mətbuatı Parisin Ermənistana üç hava hücumundan müdafiə radarı göndərmək niyyətində olduğunu yazıb. Bundan başqa Hindistan da Ermənistana silah verəcək. “The Economic Times” yazır ki, müqavilələrin dəyəri 244,7 milyon dollar təşkil edir. Buna uyğun olaraq, Hindistan artıq Ermənistana ilk dəfə xaricə satılan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və döyüş sursatı göndərilib. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu