Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb


Rusiyanın Xabarovsk diyarında “Su-34” ön xətt qırıcısı qəzaya uğrayıb.



“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarə planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Pilotlar katapult ediblər. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur. Hazırda ekipaj üzvləri baza aerodromuna təxliyə edilib”, - mətbuat xidmətindən vurğulayıblar.

Əlavə olunub ki, uçuş sursat olmadan həyata keçirildiyindən meşəlik-düzənlik olan qəza yerində ciddi dağıntı yoxdur. Hadisənin başvermə səbəblərini və şəraitini müəyyənləşdirmək üçün qəza yerinə Şərq Hərbi Dairəsindən komissiya göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu